1037

Bitmiş layihələr

5798

Mühəndislər

747+

İşçi yerləri
Image

Xidmətlərimiz

Plazma kəsmə cihazı kəsmə əməliyyatını sürətlə və minimal xətalarla
həyata keçirməyə imkan verir. Hazır məmulatlar axma və nahamarlıq, yanıq
dəmir izləri olmadan çıxır. Plazma kəsmə cihazından istifadə edərək, demək
olar ki, istənilən növ metalı kəsmək olar. Biçim üçün müxtəlif halda olan
xammal yararlıdır. Xammalı boya və ya pasdan təmizləməyə ehtiyac olmur.
Plazma kəsmə cihazı tullantı olmadan çox dəqiq və hamar kiçik ölçülü kəsim
əldə etməyə imkan verir. Bu zaman emal olunan metalın deformasiyası o qədər
cüzi olur ki, məmulatın keyfiyyətinə heç bir təsir göstərmir.
Texniki xassələri
– Kəsim eni – 2500 mm
– Kəsim uzunluğu – 12000 mm
– Kəsim qalınlığı (plazma) – 0.5 – 50 mm
– Kəsim qalınlığı (qaz- oksigen kəsmə) – 6 – 100 mm

Bu gün metal qabların və çənlərin istifadə edilmədiyi bir müəssisə tapmaq
çətindir. Onların istifadə sahəsi olduqca genişdir. Şərtlərin müxtəlifliyinə
baxmayaraq, polad yenə də metal qabların istehsalı üçün ən etibarlı və praktik material olaraq qalır. Bu məqsədlə müxtəlif markalı poladlardan hazırlanan yayma təbəqələr istifadə olunur.
Şirkətimiz metal qablar və çənlərin istehsalı üzrə xidmətlər təklif edir.
Bizim şirkətdən siz istənilən ölçüdə, formada və istənilən təyinatlı qab ala
bilərsiniz. Demək olar ki, bütün metal emalı növləri bizim müəssisəmizdə
cəmlənib. Buna görə bizim üçün texnologiyalarla bağlı hər hansı məhdudiyyət yoxdur. Metalın biçilməsi kompüterlə idarə olunan plazma və ya qaz kəsmə qurğularında həyata keçirilir. Bu da tullantı səbəbi ilə itkiləri minimuma endirir.

Xarrat emalının köməyi ilə məmulatlar yüksək keyfiyyətə və dəqiqliyə
malik olacaq. Metal üzrə xarrat dəzgahında həm sadə (bolt, qayka, şkiv), həm də daha mürəkkəb məmulatları (val, mufta, flans, şpindel) yonmaq olar. Metal üzrə xarrat dəzgahında hazırlanmış detallar dəfələrlə çox dəqiq olacaq, ölçülərdə söhbət millimetrdən deyil, millimetrin onda bir, hətta yüzdə bir hissəsindən gedə bilər.
Yivin açılması xarrat dəzgahında görülməsi mümkün olan iş növlərindən
biridir. Yiv müxtəlif sahələrdə, o cümlədən, maşınqayırma və təmir- tikinti
işlərində istifadə olunur. Yiv, həmçinin, qurğularda gücün və hərəkətin
ötürülməsi üçün lazım olur.

Bir- birini tamamlayan iki əməliyyat: qumvurma ilə emal və boyama. Bu
iki əməliyyat müxtəlif növ səthlərin köhnə minadan, çirkdən, palçıqdan, pasdan təmizlənməsi, daha sonra isə boyanması üzrə prosedurun ayrılmaz
mərhələləridir.
Səthlər qumvuran cihazlar, qırıqvuran kameralar vasitəsilə təmizlənir.
Təmizləmə üçün material qismində isə müxtəlif növ abrazivlər: qırıqlar, qum
çıxış edir. Təmizləmədən sonra boyama həyata keçirilir.
Qumvurmadan istifadə və boyama aşağıdakı müsbət xüsusiyyətlərə
malikdir:
– çox xırda abraziv hissəciklər səthin çirkdən, hisdən, yanıqdan, ərpdən,
pasdan zərif və effektiv şəkildə təmizlənməsini təmin edir;
– abrazivin çilənməsi və boyama ənənəvi emal növlərinin mümkün
olmadığı hissələrin olduğu metalların emalı üçün əvəzolunmazdır.

İstənilən növ müasir binaların (sənaye, kənd təsərrüfatı binalarının, anbar
və anqarların, inzibati binaların, idman, ticarət binalarının) tikintisini həyata
keçiririk.
Tikinti mərhələləri:
1. Optimal konstruktiv həllin seçilməsi,
2. Tikinti dəyərinin pulsuz hesablanması,
3. Obyekt üzrə layihə sənədləşməsinin tərtib edilməsi,
4. Metal konstruksiyalarının istehsalı (istehsal, qumvurma və boyama)
Quraşdırma işləri:
1. Bünövrənin qoyulması,
2. Metal konstruksiyalarının quraşdırılması,
3. Divarların haşiyələrinin vurulması (sendviç panel, profil təbəqə),
4. Damın qurulması,
5. Subpodratçı cəlb etmirik.

BİZİMLƏ ƏLAQƏ

Hər hansı bir sualınız varsa bizimlə əlaqə saxlaya bilərsiniz.

Məkanımız

Bakı şəhəri, Nərimanov rayonu,
Ələsgər Qayıbov 12
Bizi xərətədə tapın

Bir başa nömrələrimiz

050 250 32 04
012 566 07 59

Emailimiz

office@tech-con.az

Əlaqə Formu

Bizə öz ismarıcınızı göndərin!