Xidmətlərimiz

Plazma kəsmə cihazı kəsmə əməliyyatını sürətlə və minimal xətalarla həyata keçirməyə imkan verir. Hazır məmulatlar axma və nahamarlıq, yanıq dəmir izləri olmadan çıxır.

Plazma kəsmə cihazından istifadə edərək, demək
olar ki, istənilən növ metalı kəsmək olar.

Biçim üçün müxtəlif halda olan
xammal yararlıdır.

Xammalı boya və ya pasdan təmizləməyə ehtiyac olmur.
Plazma kəsmə cihazı tullantı olmadan çox dəqiq və hamar kiçik ölçülü kəsim
əldə etməyə imkan verir.

Şərtlərin müxtəlifliyinə baxmayaraq, polad yenə də metal qabların istehsalı üçün ən etibarlı və praktik material olaraq qalır. Bu məqsədlə müxtəlif markalı poladlardan hazırlanan yayma təbəqələr istifadə olunur.

Bizim şirkətdən siz istənilən ölçüdə, formada və istənilən təyinatlı qab ala bilərsiniz.

Demək olar ki, bütün metal emalı növləri bizim müəssisəmizdə cəmlənib.

Buna görə bizim üçün texnologiyalarla bağlı hər hansı məhdudiyyət yoxdur.

Yivin açılması xarrat dəzgahında görülməsi mümkün olan iş növlərindən  biridir. Yiv müxtəlif sahələrdə, o cümlədən, maşınqayırma və təmir- tikinti  işlərində istifadə olunur. Yiv, həmçinin, qurğularda gücün və hərəkətin  ötürülməsi üçün lazım olur.

Xarrat emalının köməyi ilə məmulatlar yüksək keyfiyyətə və dəqiqliyə malik olacaq.

Metal üzrə xarrat dəzgahında həm sadə (bolt, qayka, şkiv), həm də daha mürəkkəb məmulatları (val, mufta, flans, şpindel) yonmaq olar.

Metal üzrə xarrat dəzgahında hazırlanmış detallar dəfələrlə çox dəqiq olacaq, ölçülərdə söhbət millimetrdən deyil, millimetrin onda bir, hətta yüzdə bir hissəsindən gedə bilər.

Bir- birini tamamlayan iki əməliyyat: qumvurma ilə emal və boyama. Bu iki əməliyyat müxtəlif növ səthlərin köhnə minadan, çirkdən, palçıqdan, pasdan
təmizlənməsi, daha sonra isə boyanması üzrə prosedurun ayrılmaz  mərhələləridir.

Səthlər qumvuran cihazlar, qırıqvuran kameralar vasitəsilə təmizlənir.

Təmizləmə üçün material qismində isə müxtəlif növ abrazivlər: qırıqlar, qum çıxış edir.

Təmizləmədən sonra boyama həyata keçirilir.

İstənilən növ müasir binaların (sənaye, kənd təsərrüfatı binalarının, anbar və anqarların, inzibati binaların, idman, ticarət binalarının) tikintisini həyata  keçiririk.

Tikinti mərhələləri

1. Optimal konstruktiv həllin seçilməsi,
2. Tikinti dəyərinin pulsuz hesablanması,
3. Obyekt üzrə layihə sənədləşməsinin tərtib edilməsi,
4. Metal konstruksiyalarının istehsalı (istehsal, qumvurma və boyama)

Quraşdırma işləri:

1. Bünövrənin qoyulması,
2. Metal konstruksiyalarının quraşdırılması,
3. Divarların haşiyələrinin vurulması (sendviç panel, profil təbəqə),
4. Damın qurulması,
5. Subpodratçı cəlb etmirik.

1037

Bitmiş layihələr

5798

Mühəndis

747+

İşçi yerləri

Bizə öz layihəniz haqqında danışınız.